20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Latviya Belarusla sərhəddəki keçid məntəqəsini bağlayıb
Tarix: 19-09-2023 16:37 | Bölmə: Dünya
Latviya Belarusla sərhəddəki keçid məntəqəsini bağlayıb

Latviya hakimiyyəti Belarusla sərhəddəki Silene keçid məntəqəsini bağlamaq qərarına gəlib. Reyting.az-ın xəbərinə görə, bu barədə Latviyanın LSM televiziya şirkəti məlumat yayıb.

Bildirilir ki, Latviya hakimiyyətinin belə qərar verməsinə səbəb qeyri-qanuni miqrasiyanın artması ilə bağlı təhdidlərdir.

Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, “Dövlət sərhədinin bütövlüyünü təmin etmək və qeyri-qanuni miqrasiya ilə bağlı dövlətə təhdidlərin qarşısını almaq məqsədi ilə iki keçid məntəqəsindən biri olan “Silene”nin fəaliyyəti dayandırılıb”.

Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Riçard Kozlovskisin sözlərinə görə, bu tədbir sərhədçilərin yaşıl sərhədin mühafizəsi və patruluna keçirilməsinə imkan verəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər