20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş katib Rusiyanı hədələyir
Tarix: 12-10-2023 15:16 | Bölmə: Dünya
Baş katib Rusiyanı hədələyir

NATO-ya üzv ölkələr Finlandiya və Estoniya arasında keçən təbii qaz kəmərinə və məlumat kabelinə dəyən ziyan müzakirə olunacaq, bunun qəsdən hücum olduğu sübuta yetirilərsə, qətiyyətli cavab veriləcək.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyb.

Baş katibin sözlərinə görə, əgər bunun NATO-nun kritik infrastrukturuna qəsdən hücum olduğu sübut olunarsa, bu, ciddi vəziyyət yaradacaq, “vahid və qətiyyətli cavab”la qarşılanacaq.

Xatırladaq ki, dünən Reyting.az Finlandiya və Estoniya arasında olan qaz kəmərinin sıradan çıxdığı haqda məlumat vermişdi. Hər iki tərəfin əlində konkret sübut olmasa da, Rusiyadan şübhələnirlər.

Balticconnector boru kəməri və telekommunikasiya kabelinin operatorlarından biri olan Finlandiyanın “Gasgrid” şirkəti bazar gününə keçən gecə fırtına zamanı təzyiqin aşağı düşməsini və mümkün sızma qeydə alıb və çərşənbə axşamı xətlərin zədələnməsi təsdiqlənib. Helsinki zərərin “ehtimal ki, xarici fəaliyyətlərdən qaynaqlandığını” bildirsə də, problem regional enerji təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb və qazın qiymətinin artmasına səbəb olub.

NATO-nun əvvəl Brüsseldə jurnalistlərə açıqlama verən baş katibi Stoltenberq deyib ki, əgər bunun NATO-nun kritik infrastrukturuna qəsdən hücum olduğu sübut olunarsa, bu, əlbəttə ki, ciddi bir vəziyyət olacaq.

Finlandiya Milli Təhqiqat Bürosu zədələnmiş boru kəmərinin yanında dəniz dibində “xarici izlərin” aşkar edildiyini və partlayış zamanı ərazidə gəmilərin hərəkətini araşdırdığını bildirib.

Qeyd edək ki, boru kəməri Finlandiyadakı İnkoo və Estoniyadakı Paldiski arasında, Baltik dənizinin şərqdən Rusiya sularına qədər uzanan və Sankt-Peterburq limanında bitən bir hissəsi olan Finlandiya körfəzi üzərindən keçir.

Kremlin sözçüsü Dmitri Peskov insidenti “narahatedici” adlandırıb və bildirib ki, 2022-ci ilin sentyabrında Rusiya və Almaniya arasında Baltik dənizindən keçən “Şimal axını” boru kəmərlərinə hücum təhlükəli presedent yaradıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər