Polşada parlament seçkisi: hansı partiyalar önə çıxıb?
Tarix: 17-10-2023 12:25 | Bölmə: Dünya
Polşada parlament seçkisi: hansı partiyalar önə çıxıb?

Polşada parlament seçkilərinin nəticələri açıqlanıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, ilkin nəticəyə əsasən, hakim Hüquq və Ədalət Partiyası (PİS) 35,38 faiz səslə birinci olub.

Hakim partiyanı 30,70 faizlə ana müxalifət bloku olan Vətəndaş Koalisiyası, 14,4 faizlə üçüncü yol ittifaqı izləyir. Yeni Sol Partiyası 8,61 faiz, ifrat sağçı Konfederasiya Partiyası isə 7,16 faiz səs toplayıb.

Lakin 35,38 faiz səs toplayan və birinci olan PİS digər partiyaların nəticələrinə görə parlamentdəki çoxluğunu itirir. Belə olan halda üç müxalifət partiyasının koalisiya yaradaraq Parlamentdə çoxluğu əldə edəcəyi gözlənilir.

Xatırladaq ki, Polşa Seçki Komissiyasının məlumatına görə, səsvermədə 21 milyon 596 min 674 nəfər səs verib.

Qanuna görə, partiyalar üçün baryer 5 faiz, ittifaqlar üçün isə 8 faizdir.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}