Fransa Ukraynaya tank verməkdən imtina edib
Tarix: 21-12-2023 17:14 | Bölmə: Dünya
Fransa Ukraynaya tank verməkdən imtina edib

Paris Kiyevin “Leclerc” əsas döyüş tankları ilə təminatından imtina edib. Buna səbəb döyüş meydanında AMX-10RC zirehli texnikasının uğursuzluğudur.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayen “Asia Times”da dərc olunan məqaləsində yazıb.

S. Brayen qeyd edib ki, Fransanın AMX-10RC piyada döyüş maşını cəbhə xəttində istifadəyə yararsız (nazik zirehinə) hesab olunur və ukraynalılar üçün ölüm tələsinə çevrilib.

Brayenin yazdığına görə, Fransanın qərarına təkcə Parisin tədarük etdiyi avadanlıqların yox, həm də Ukraynanın digər Qərb müttəfiqlərinin dağıdılması təsir edib. O xatırladıb ki, oxşar aqibət Almaniya “Leopard”ları və Amerika “Bredli”lərinin də başına gəlib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}