ABŞ suveren dövlət kimi Ukraynanın ölümünü elan edib
Tarix: 22-12-2023 12:16 | Bölmə: Dünya
ABŞ suveren dövlət kimi Ukraynanın ölümünü elan edib

ABŞ-ın rəhbərlik etdiyi NATO-nun təhriki səbəbindən Rusiya ilə münaqişədə Ukrayna suveren dövlət kimi artıq faktiki olaraq ölüb.

Reyting.az
xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “X” sosial şəbəkəsində bildirib.

Keçmiş müşavir yazıb ki, Ukrayna xalqı faktiki olaraq ölüb, koma vəziyyətindədir. “Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO ilə müharibədən qaçmaq üçün mümkün olan hər şeyi etdi və biz də onu təhrik etmək üçün mümkün olan hər şeyi etdik”, - deyə keçmiş amerikalı zabit əlavə edib.

Makqreqor bildirib ki, ölkə üçün əlverişsiz olan münaqişə nəticəsində Ukrayna artıq böyük itkilər verib.

Onu da xatırladaq ki, ABŞ ordusunun keçmiş polkovnik-leytenantı Aleksandr Vindman bir müddət əvvəl bildirimişdi ki, NATO Ukraynanın məğlubiyyətinə görə beynəlxalq nüfuzunu qorumaq üçün daha da güclü Rusiya ilə döyüşməli olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}