20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baş nazir: “Ukrayna sülh naminə bəzi ərazilərdən imtina etməlidir”
Tarix: 27-12-2023 17:33 | Bölmə: Dünya
Baş nazir: “Ukrayna sülh naminə bəzi ərazilərdən imtina etməlidir”

“Müharibədə barışıq əldə etmək üçün Ukraynanın bəzi ərazilərindən “müvəqqəti olaraq” imtina etməsi məqsədəuyğun olardı”.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın Saksoniya federal əyalətinin baş naziri Mixael Kretşmer deyib.

“Ola bilsin ki, atəşkəs əldə olunarsa, Ukrayna əvvəlcə müəyyən ərazilərin müvəqqəti olaraq Ukrayna üçün əlçatmaz olduğunu etiraf etməli olacaq”,- deyən baş nazir əlavə edib ki, Ukrayna ərazisinin bir kvadrat metri belə ruslaşmayıb: “Amma digər böyük müharibələrdə olduğu kimi, yekun qərarın vaxtı çatıb”.

O, yenidən Almaniya hökumətinin “Ukraynanı təkcə silahla təmin etməməli, həm də diplomatik təşəbbüslərə əl atmalı” və müttəfiqlərin “Putinə təsir göstərməyə və atəşkəsi mümkün etməyə” çalışmalı olduğu fikrini ifadə edib.

Bundan əlavə, o, Almaniyanın Rusiya ilə bağlı siyasətində dönüşün zəruri olduğunu bildirib: “Rusiya bizim qonşumuzdur. Təhlükəli, gözlənilməz qonşudur. Rusiyanı hərbi, siyasi və iqtisadi cəhətdən zəiflətmək və bir daha bizim üçün təhlükə yaratmamaq ideyası 19-cu əsrdən yaranmış bir münasibətdir”.

Ukrayna mediası qeyd edir ki, cənab Kretşmer uzun müddətdir ki, Ukrayna əleyhinə bəyanatları ilə tanınır. Xüsusilə, o, Ukraynadakı müharibənin dondurulmasının vacibliyində israr edib. Həmçinin Almaniyanın Rusiyadan qaz ixracını dəstəkləyib və Avropa İttifaqının işğalçıya qarşı sanksiyalarını ləğv etməyə çağırıb.

Qeyd edək ki, Saksoniyanın baş naziri də Ukraynanın hərbi qələbəsinə ümid etmir.

Bundan əvvəl “New York Times” yazıb ki, Putin atəşkəsdə maraqlı olduğunu bildirib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər