Ən azı 1213 rusiyalı Latviyadan çıxarılacaq
Tarix: 27-12-2023 20:18 | Bölmə: Dünya
Ən azı 1213 rusiyalı Latviyadan çıxarılacaq

Latviyada yaşamaq üçün müraciət ünvanlayan və immiqrasiya qanununa edilən dəyişikliklərin tələblərini yerinə yetirməyən ən azı 1213 Rusiya vətəndaşı bu ölkədən çıxarılacaq.

Reyting.az
LETA-ya istinadla xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu 1213 rusiyalı, dəyişdirilmiş qanunla müəyyən edilmiş son tarixə, noyabrın 30-dək Latviyada yaşamaq icazəsi almaq üçün müraciət etməyiblər və onların artıq Latviyanı tərk etmələri barədə məlumat yoxdur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}