Türkiyədə narkotacirlərə qarşı əməliyyat: 1,5 ton narkotik ələ keçirilib, 418 satıcı tutulub
Tarix: 28-12-2023 10:31 | Bölmə: Dünya
Türkiyədə narkotacirlərə qarşı əməliyyat: 1,5 ton narkotik ələ keçirilib, 418 satıcı tutulub

Türkiyədə narkotik maddələrin satışı ilə məşğul olanlara qarşı 41 şəhərdə eyni anda əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1500-dən çox şəxsi heyət, 4 təyyarə və 22 narkotik axtarış itinin qatıldığı əməliyyat Nevşehir, Balıkəsir, Amasya, Tekirdağ, Adana, Samsun, Bursa, Kırklareli, Osmaniye, Bitlis, Ankara, Qaziantep, Ərzurum, Muğla, Sivas, İzmir, Yalova, Siirt, Antalya, Denizli, İstanbul, Kayseri, Mersin, Bu Sakarya, Batman, Kocaeli, Düzce, Kilis, Van, Trabzon, Hatay, Biləcik, Zonguldak, Karabük, Isparta, Şanlıurfa, Uşak, Aydın, Kahramanmaraş, Diyarbakır və Burdurda baş tutub.

Nəticədə 418 narkotik alverçisi saxlanılıb, 1 ton 480 kq narkotik vasitə götürülüb.

Hazırda istintaq davam edir.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}