18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Prezident: “Ukrayna ABŞ-ın yardımına ümid edir”
Tarix: 22-01-2024 18:02 | Bölmə: Dünya
Prezident: “Ukrayna ABŞ-ın yardımına ümid edir”

ABŞ-ın yardımı Ukraynanın Rusiya ilə müharibədə qələbəsi üçün yeganə ümid yeri, daha böyük müharibədən və Amerika hərbçilərinin orada iştirakına ehtiyacdan qaçmaq üçün çıxış yoldur.

Reyting.az
xəbər verir ki, bu sözləri Polşa prezidenti Anjey Duda “Fox News” telekanalına müsahibəsində deyib.

“İndi Rusiya Federasiyası bu müharibədə qalib gəlsə və başqa ölkəyə hücum edərsə, bu, Avropada növbəti böyük müharibə riski deməkdir. Ona görə də, yalnız ABŞ Ukraynaya dəstək verməklə belə bir müharibənin başlamamasına kömək edə bilər”, - deyə Duda əlavə edib.

“Ağ ev Ukraynaya yardım göstərməklə bağlı öhdəliklərini yerinə yetirmir”. Bunu isə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

Onun sözlərinə görə, respublikaçılar “Amerika xalqının və bizim bilməli olduğumuz kritik suallara cavab almaq üçün” Ağ evə gündəlik təzyiq göstərirlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı fəaliyyətsizliyinə görə Konqresə qarşı sərt bəyanatla çıxış edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}