18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiyadan rəsmi ittiham: “İl-76” təyyarəsini Ukrayna vurub
Tarix: 24-01-2024 16:48 | Bölmə: Dünya
Rusiyadan rəsmi ittiham: “İl-76” təyyarəsini Ukrayna vurub

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı Belqorod yaxınlığında “İl-76” təyyarəsinə hücumda ittiham edərək, bunu vəhşilik adlandırıb.

Reyting.az
xarici KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik danışıb.

O, Ukrayna tərəfini “İl-76” təyyarəsini güdərək vurmaqda ittiham edib.

Rusiya Müdafiə Nazirliyi isə hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, “İl-76” hərbi təyyarəsinin Belqorod yaxınlığında qəzaya uğraması yanvarın 24-də məlum olub. Təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən və mübadilə üçün gətirilən 65 əsgəri, həmçinin altı ekipaj üzvü və üç onu müşayiət edən şəxs olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}