Pentaqonun rəhbəri yenidən xəstəxanaya yerləşdirilib
Tarix: 12-02-2024 08:56 | Bölmə: Dünya
Pentaqonun rəhbəri yenidən xəstəxanaya yerləşdirilib

ABŞ müdafiə naziri Lloyd Ostin uroloji vəziyyətə uyğun simptomların qiymətləndirilməsi üçün bazar günü Uolter Rid Milli Hərbi Tibb Mərkəzinə aparılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Məlumata görə, məsələ ilə bağlı müdafiə nazirinin müavini və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri məlumatlandırılıb. Bundan əlavə, Ağ ev və Konqresə məlumat verilib.

Pentaqonun mətbuat xidməti bildirib ki, müdafiə nazirinin müşaviri Ketlin Hiks Vaşinqton vaxtı ilə saat 16:55-də müdafiə naziri Ostindən komandanlıq və məsuliyyəti öz üzərinə götürüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}