Rusların Ukraynaya növbəti hücumu: İran istehsalı olan 14 ədəd PUA məhv edilib
Tarix: 12-02-2024 09:54 | Bölmə: Dünya
Rusların Ukraynaya növbəti hücumu: İran istehsalı olan 14 ədəd PUA məhv edilib

Fevralın 12-nə keçən gecə rus qoşunları “Şahed-136/131” tipli 17 hücum PUA-sı ilə Ukrayna ərazisinə hücum ediblər.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ruslar Primorsko-Axtarsk vilayətindən pilotsuz təyyarələri havaya qaldırıb.

Rus ordusu eyni zamanda “Kh-59” idarə olunan təyyarə raketi (Zaporojye vilayətindən) və S-300 zenit raketləri (Rusiya Federasiyasının Belqorod vilayətindən) ilə də Ukraynaya hücum ediblər.

Bildirilir ki, Ukrayna müdafiəçiləri Xmelnski, Vinnitsa, Kirovoqrad, Nikolayev, Dnepropetrovsk və Zaporojye vilayətləri daxilində 14 pilotsuz uçan aparatı və X-59 raketini məhv ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}