14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
BMT: Qəzza zolağında 200-ə yaxın yardım işçisi həlak olub
Tarix: 02-04-2024 22:15 | Bölmə: Dünya
BMT: Qəzza zolağında 200-ə yaxın yardım işçisi həlak olub

Qəzza zolağında aclığı azaltmağa kömək edən bir xeyriyyə qrupunun yeddi əməkdaşının öldürülməsi yeganə hadisə deyil.

Reyting.az
xəbər verir ki, bunu BMT-nin Qəzzaya humanitar yardımın koordinasiyasına məsul olan yüksək səviyyəli rəsmisi Ceymi Makqoldrik deyib.

Onun sözlərinə görə, 2023-cü ilin oktyabrından martın 20-nə qədər Qəzzada ən azı 196 yardım işçisi öldürülüb. BMT nümayəndəsi əlavə edib ki, bu, hər hansı bir münaqişədə bir ildə ölənlərin sayından təxminən üç dəfə çoxdur.

C. Makqoldrik bildirib ki, Qəzza zolağı dünyanın ən təhlükəli və işləmək üçün çətin yerlərindən birinə çevrilib və təhlükəsiz yer qalmayıb.

İsrail daha əvvəl ABŞ-nin “World Central Kitchen” təşkilatının dəniz yolu ilə müharibədən zərər çəkmiş Qəzza zolağına çatdırılan ərzaqları boşaldan 7 əməkdaşına səhvən hava hücum etdiyini bildirib və hadisəni araşdıracağını vəd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}