Varşava Moskvaya güc nümayiş etdirir
Tarix: 12-06-2024 08:44 | Bölmə: Dünya
Varşava Moskvaya güc nümayiş etdirir

Polşa “Rusiyanın uzaqmənzilli aviasiya fəaliyyəti” ilə bağlı təyyarələrini səmaya qaldırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Polşa ordusunun nümayəndələri “X” sosial şəbəkəsində paylaşım ediblər.

Paylaşımlarda qeyd olunur ki, “Polşa və müttəfiqləri Varşavanın Rusiyanın uzaqmənzilli aviasiyasının hərəkətə keçə biləcəyinə inandığına görə döyüş təyyarələrini havaya qaldırıblar”.

Polşa prezident Andjey Duda ölkəsini Rusiya ilə müharibə üçün çox güclü tərəf adlandırıb.

Qeyd edək ki, bundan əvvəl də Polşa təyyarələri “Rusiyanın hərəkətlərinə” görə səmaya qalxmışdı.

E. KAMAL




Bölməyə aid digər xəbərlər