Türkiyə Gürcüstanı NATO standartlarına uyğun texnika ilə silahlandırır
Tarix: 12-06-2024 17:47 | Bölmə: Dünya
Türkiyə Gürcüstanı NATO standartlarına uyğun texnika ilə silahlandırır

Gürcüstan Müdafiə Nazirliyi Türkiyədən NATO standartlarına uyğun hazırlanmış “Vuran” zirehli maşınları alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, minadan qorunan maşınlar Türkiyə tərəfi ilə bağlanmış müqavilə əsasında Gürcüstana verilib. Avadanlıqların təhvil verilməsi mərasimi Gürcüstandakı Vaziani hərbi bazasında baş tutub.

Nazirlik bildirir ki, “Vuran” zirehli texnikası NATO standartlarına uyğun təchiz edilib və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, eləcə də Gürcüstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstan Müdafiə Nazirliyi Türkiyənin hərbi texnika istehsal edən “Asfat” şirkəti ilə müqavilə bağlayıb və bu müqaviləyə əsasən ölkə zirehli texnikalar alacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər