Norveç Ukraynaya altı “F-16” qırıcısı göndərəcək
Tarix: 10-07-2024 16:57 | Bölmə: Dünya
Norveç Ukraynaya altı “F-16” qırıcısı göndərəcək

Norveç hökuməti altı “F-16” döyüş təyyarəsini Ukraynaya təhvil vermək qərarına gəlib. Onlardan birincisi 2024-cü ildə çatdırılmalıdır.

Reyting.az
xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Norveçin baş naziri deyib ki, Ukraynanın hava hücumlarından müdafiə qabiliyyəti Rusiya təcavüzünə qarşı mübarizədə son dərəcə mühüm rol oynayır. Bu səbəbdən də Norveç altı “F-16” döyüş təyyarəsini Ukraynaya təhvil vermək qərarına gəlib.

Baş nazir xatırladıb ki, Norveç 2023-cü ilin payızından Danimarkada ukraynalı pilotların təlimində iştirak edib və təlimlərə dəstək verməyə davam edəcək.

Hökumətin press-relizində xatırladılır ki, Ukraynada ilk Qərb qırıcılarının peyda olması və onların sayının artması üçün kifayət qədər silah və texniki xidmət haqqında da sual yaranacaq. Bu, geniş beynəlxalq koalisiya çərçivəsində həyata keçiriləcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər