İstini leysan və daşqınlar əvəzləyib
Tarix: 24-07-2024 08:12 | Bölmə: Dünya
İstini leysan və daşqınlar əvəzləyib

Yunanıstanın şimal-şərqində güclü yağışlar daşqınlara səbəb olub.

Reyting.az
xəbər verir ki, bu barədə Afinanın “AMNA” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Yunanıstanın şimal-şərqində güclü leysan ciddi fəsadlar törədib. Aleksandrupoli şəhəri yaxınlığında 50 dəqiqəlik fırtına çayların daşmasına, evlərə, yollara və körpülərə ziyan vurub.

Yağış bir neçə gün davam edən, 40 dərəcəyə çatan temperaturdan sonra başlayıb. Fırtınadan əvvəl yerli hakimiyyət sakinləri səyahətdən çəkinməyə çağırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər