HƏMAS lideri Xamnəinin iqamətgahına yaxın ərazidə vurulub - Fotolar
Tarix: 01-08-2024 09:20 | Bölmə: Dünya
HƏMAS lideri Xamnəinin iqamətgahına yaxın ərazidə vurulub

HƏMAS Hərakatının Siyasi Büro rəhbəri İsmayıl Haniyənin sui-qəsdinə dair təəccüblü təfərrüatlar ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, HƏMAS liderinin qonaq olduğu İran Rəyasət Heyətinə məxsus qonaq evinə edilən hücumdan sonra çəkilən görüntülərdə yalnız Haniyənin olduğu mənzilin vurulduğu, binanın digər hissələrinə ziyanın dəymədiyi məlum olub.

Haniyəyə sui-qəsddən sonra İran tərəfindən verilən qeyri-rəsmi açıqlamalarda sui-qəsdin raket hücumu ilə həyata keçirildiyi bildirilib. Amma təhlükəsizlik mütəxəssisləri raket və ya təyyarədən atılan bombanın o qədər də dəqiq olmayacağını və binanın böyük bir hissəsinin zədələnə biləcəyini qeyd ediblər.



Digər tərəfdən, daxili kəşfiyyat məlumatı verilmədən belə dəqiq hücumun həyata keçirilməsinin mümkün olmadığı bildirilir.

Bir müddət İranda yaşayan jurnalist Ramazan Bursa dünya gündəmində bomba effekti yaradan sui-qəsdlə bağlı çaşdırıcı məlumatlar verib. Bursa qeyd edib ki, Haniyənin inqilab keşikçilərinə məxsus iqamətgahı ilə dini rəhbər Xamnəinin ofisi arasında məsafə yaxındır. “Haniyənin qaldığı binanı vuranlar, Xamnəini də vura bilərdi”, - jurnalist iddia edir.



Jurnalistin açıqlamasından sonra illərdir sui-qəsd nəzəriyyəsindən uzağa getməyən “İsrail və İran sövdələşməsi” strategiyası Haniyənin öldürülməsi ilə yenidən alovlanıb və sosial mediada trend mövzuya çevrilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər