10:17 / 04-12-2024
Ceyhun Bayramov Maltaya gedib
Polşaya “F-35” və raket sistemləri göndərirlər
Tarix: 03-12-2024 10:59 | Bölmə: Dünya
Polşaya “F-35” və raket sistemləri göndərirlər

Norveç Polşanın Rzeşov şəhərindəki logistika mərkəzini qorumaq üçün çoxməqsədli beşinci nəsil “F-35” qırıcıları və NASAMS zenit-raket sistemləri göndərəcək.

Reyting.az
xəbər verir ki, Norveçin müdafiə naziri Byorn Aril Qram 100 norveçli hərbçinin də Rzeşovda yerləşdiriləcəyini elan edib.

Onlar dekabrın əvvəlindən Ukraynaya digər ölkələrdən mülki və hərbi materialların daşınması üçün ən vacib qovşağı qoruyacaqlar.

“Aeroport həm də Norveçin cavabdeh olduğu tibbi evakuasiya üçün vacibdir. Biz bunu ilk növbədə Ukrayna və Polşa üçün edirik, lakin bu, həm də NATO öhdəliklərimizə sadiq olduğumuzu göstərir”, - müdafiə naziri qeyd edib.

Polşa baş nazirinin müavini Vladislav Kosiniak-Kamış “X” mikrobloqunda qeyd edib ki, Norveçin dörd “F-35” qırıcısı və onların hava hücumundan müdafiə sistemləri ölkəyə gələcək.

Qeyd edək ki, Polşanın Rzeşov-Yasionka hava limanı Ukrayna ilə sərhəddən 100 kilometrdən az məsafədə yerləşir. Məhz orada qərb tərəfdaşları tərəfindən böyük miqdarda yüklər Ukraynaya ötürülür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər