10:17 / 04-12-2024
Ceyhun Bayramov Maltaya gedib
Cənubi Koreyada hərbi vəziyyət tətbiq edilib - Yenilənib
Tarix: 03-12-2024 17:59 | Bölmə: Dünya
Cənubi Koreyada hərbi vəziyyət tətbiq edilib

Cənubi Koreya prezidenti Yoon Seok-Yol ölkədə hərbi vəziyyətin tətbiq edildiyini bildirib.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, prezident xalqa müraciətində ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini, ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə ittiham edib.

Cənubi Koreya lideri bu qərarı həm də konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.

***

Cənubi Koreya parlamentinin üzvləri dekabrın 3-də ölkə prezidenti Yoon Seok-Yol tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.

Reyting.az
“Reuters”-ə istinadla bildirir ki, 300 deputatdan 190-ı Seulda daha öncə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan parlament binasına daxil olub və səsvermə keçirib.

Prezidentin tətbiq etdiyi hərbi vəziyyət çərçivəsində ölkədə istənilən siyasi fəaliyyət, o cümlədən partiyaların işi, mitinqlərin keçirilməsi qadağan edilib, bütün KİV hərbçilərin nəzarətindədir.

Səsvermədən sonra Cənubi Koreya parlamentinin sədri Vu Von Sik ölkə prezidentini hərbi vəziyyəti ləğv etməyə çağırıb.

Məhdudiyyətlərin götürülüb-göndərilməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Sok Yol 1980-ci ildən bəri ilk dəfə olaraq ölkədə hərbi vəziyyət tətbiq etdi ki, bu da onun sözlərinə görə, “iyrənc Şimali Koreyaya meyilli anti-dövlət qüvvələrinin kökünü kəsmək” məqsədi daşıyır.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yol "anti-dövlət qüvvələrinin kökünü kəsmək" məqsədilə ölkədə hərbi vəziyyət tətbiq etdiyini bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər