Xarkovda partlayışlar səngimir
Tarix: 24-02-2025 09:47 | Bölmə: Dünya
Xarkovda partlayışlar səngimir

Ukraynanın şərqində yerləşən Xarkov şəhəri yenə hava hücumuna məruz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı yerli “Public” nəşri yayıb.

Partlayışların təfərrüatı barədə heç nə deyilmir. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, regionda hava təhlükəsi xəbərdarlığı rejimi qüvvədədir.

Bundan əvvəl paytaxt Kiyevdə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Xerson şəhərində partlayışlar barədə məlumatlar yayılmışdı.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər