İran təlimlərdə Rusiyanın döyüş təyyarəsindən yararlanır
Tarix: 26-02-2025 09:23 | Bölmə: Dünya
İran təlimlərdə Rusiyanın döyüş təyyarəsindən yararlanır

İran Hərbi Hava Qüvvələri ilk dəfə Rusiya istehsalı olan “Yak-130” döyüş təyyarəsindən təlimlərdə istifadə edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Zolfaxar 1403” təlimləri zamanı “Yak-130” və iki “MiQ-29” qırıcısı şərti düşmənin pilotsuz təyyarəsini tutmaq üçün havaya qalxıb. “Yak-130” özünün müasir hava-hava raketi ilə hədəfi dəqiqliklə məhv edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər