Məşhur balerina deputatların ünvanına kəskin ifadələr işlədib
Tarix: 11-04-2025 09:23 | Bölmə: Dünya
Məşhur balerina deputatların ünvanına kəskin ifadələr işlədib

Rusiyanın Xalq artisti, tanınmış balet artisti və ictimai xadim Anastasiya Voloçkova Dövlət Dumasının ictimai yerlərdə nalayiq sözlər işlətməyə görə 10 min rubl cərimə tətbiq etmək təşəbbüsünü absurd və “xalqı soymaq” vasitəsi adlandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” qəzeti məlumat yayıb.

A. Voloçkova deputatların ünvanına deyib: “Ən yüksək məvacibi və hər bir qanunun qəbulu üçün pul alırsınız. Bu, sizə kifayət eləmir? İndi də dedikləri sözə görə insanlardan cərimə yığmaq istəyirsiniz? Xalq onsuz da pis vəziyyətdə yaşayır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər