Rusiya poçt binasına zərbə endirib
Tarix: 02-07-2025 12:40 | Bölmə: Dünya
Rusiya poçt binasına zərbə endirib

Rus ordusu Donetsk vilayətinin Slavyansk şəhərinə pilotsuz təyyarələrlə hücum edib. Hücum nəticəsində “Nova Poçta” terminalı dağıdılıb.

Reyting.az
xəbər verir ki, bu səbəbdən də Ukraynanın bütün bölgələrindən şəhərə daşınmalarda gecikmələr mümkündür.

“Nova Poçt”a elan edib ki, tez bir zamanda bağlamaların çeşidlənməsi və logistika yenidən təşkil edəcək.

Dəymiş ziyanın məbləği dəqiqləşdirilir. Təxminən 300 dağıdılmış və 5 min sağ qalan bağlama var.

Hadisə yerində polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər