Bir gecədə Ukraynanın 86 PUA-sı vurulub
Tarix: 09-07-2025 10:00 | Bölmə: Dünya
Bir gecədə Ukraynanın 86 PUA-sı vurulub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri bir gecədə ölkənin regionları üzərində Ukraynaya məxsus 86 pilotsuz uçuş aparatını (PUA) vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə Ukraynanın 86 təyyarə tipli pilotsuz təyyarəsini məhv edib və ələ keçirib. Onlar Kursk, Bryansk, Tula, Belqorod, Moskva, Oryol, Smolensk,Voronej vilayətləri və Ryazan rayonu üzərində hədəfə tuş gəliblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb