Tramp Ukraynaya 300 milyon dollarlıq silah göndərəcək
Tarix: 11-07-2025 09:26 | Bölmə: Dünya
Tramp Ukraynaya 300 milyon dollarlıq silah göndərəcək

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində ilk dəfə olaraq səlahiyyətlərindən istifadə edərək Ukraynaya silah verməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, paketin təxmini dəyəri 300 milyon dollar ola bilər.

Məlum olduğu kimi, Tramp administrasiyası indiyədək Ukraynaya yalnız Bayden administrasiyası tərəfindən razılaşdırılmış silahlar ötürüb. İyulun əvvəlində isə bu çatdırılmada fasilə yaranıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb