Kuril adaları yaxınlığında 5,3 maqnitudalı zəlzələ olub
Tarix: 15-08-2025 07:30 | Bölmə: Dünya
Kuril adaları yaxınlığında 5,3 maqnitudalı zəlzələ olub

Kuril adaları yaxınlığında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin filialından məlumat verilib.

Bildirilir ki, yeraltı təkanlar Saxalin vilayətinin Şimal-Kurilsk şəhərinin sakinləri tərəfindən də hiss olunub. Zəlzələnin episentri Şimal-Kurilskdən 113 km cənub-şərqdə yerləşib. Şəhərdə təkanların gücü 3 bala qədər qiymətləndirilib.




Bölməyə aid digər xəbərlər