İnsan, heyvan və həşəratları təqlid edəcək kəşfiyyat robotları yaradılır
Tarix: 12-05-2019 11:10 | Bölmə: Dünya
İnsan, heyvan və həşəratları təqlid edəcək kəşfiyyat robotları yaradılır

Cənubi Koreya 2024-cü ilə qədər insan, heyvan və həşəratları təqlid edəcək hərbi robotların tətbiqinə başlamağı planlaşdırır.

Bu barədə ölkənin Silah Alışı Proqramları Agentliyinə istinadən "Younhap" yazıb.

Bildirilir ki, insan və həşəratları təqlid edən robotlardan sonra, cərgəyə quş, ilan və dəniz canlılarını yamsılayacaq robotlar qoşulacaq.

"Biorobotlar gələcək müharibələrdə oyun qaydalarını dəyişəcək, onlarla bağlı olan texnologiyaların isə müdafiə sənayesi sahəsinə böyük dəyişikliklər gətirəcəyi gözlənilir", - deyə idarənin nümayəndəsi bildirib.

Ehtimal edilir ki, robotlar kəşfiyyat və axtarış-xilasetmə işlərində istifadə olunacaq/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}