MSK-nın 496 işçisi səslərin hesablanmasından sonra ölüb
Tarix: 12-05-2019 12:44 | Bölmə: Dünya
MSK-nın 496 işçisi səslərin hesablanmasından sonra ölüb

İndoneziyada Mərkəzi Seçki Komissiyasının (MSK) 500-ə yaxın əməkdaşı səslərin hesablanmasından sonra dünyasını dəyişib.

Ölkənin Səhiyyə Nazirliyi MSK əməkdaşlarının əksəriyyətinin ölümünə iflic və infarktın səbəb olduğunu bildirib.

Bu barədə "Strait Times" qəzeti yazıb.

Nazirliyin məlumatına görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş dünyasını dəyişib. Ölüm hallarının çoxu (131) Qərbi Cava əyalətində qeydə alınıb.

MSK öz növbəsində bildirir ki, ölənlərin təqribi yaş həddi 50-70 arasında olub/Trend.




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb