08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
DİN rəhbərinin siyasi məsuliyyəti ilə bağlı qətnamə hazırlanıb - Gürcüstanda
Tarix: 01-07-2019 15:56 | Bölmə: Dünya
DİN rəhbərinin siyasi məsuliyyəti ilə bağlı qətnamə hazırlanıb - Gürcüstanda

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası daxili işlər naziri Giorgi Qaxarianın siyasi məsuliyyəti ilə bağlı qətnamə layihəsi hazırlayıb.

Sənəd Gürcüstan parlamentinin bugünkü büro iclasında təqdim olunacaq.

Sənəddə deyilir ki, iyunun 20-də Tbilisidə, Rustaveli prospektində polis və xüsusi təyinatlıların həddindən artıq güc tətbiq etməsi vətəndaşların sağlamlığına ziyan vurub və buna görə də daxili işlər nazirinin siyasi, səlahiyyətlərini aşan hüquq mühafizə orqanları əməkdaşlarının isə hüquqi məsuliyyəti məsələsi qaldırılmalıdır.

Qətnamə layihəsində həmçinin qeyd olunub ki, iyunun 20-21-də Tbilisidə qanunsuz saxlanılmış vətəndaşların hamısı dərhal azad olunmalıdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər