Diplomatın qatilinin bacısı Türkiyədə deputatdır
Tarix: 19-07-2019 13:03 | Bölmə: Dünya / Xəbərlər
Diplomatın qatilinin bacısı Türkiyədə deputatdır

İraqın Ərbil şəhərində restorana hücum edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Dersim Dağın böyük qardaşıdır.

Məlumatı İHA yayıb.

İraqın şimalındakı kürd muxtariyyətinin təhlükəsizlik idarəsi bildirib ki, restoranda terrorun törədilməsində iştirak edənlərdən biri - Mazlum Dağ 1992-ci ildə Türkiyənin Diyarbakır əyalətində anadan olub.

Onun Türkiyə parlamentinin üzvü, HDP-çi Dersim Dağın qardaşı olduğu müəyyən edilib.

İddia olunur ki, Mazlum Dağ terrorçu PKK qruplaşmasına təzyiq edərək bacısı Dersim Dağın deputatlığa namizədlər siyahısına saldırıb. Dağlar ailəsi Diyarbakırda qeydiyyatda olsalar da, hazırda İstanbulda yaşayırlar.

Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}