20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirdi
Tarix: 30-08-2019 20:46 | Bölmə: Dünya
ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirdi

ABŞ Şimali Koreyaya qarşı sanksiyalardan yayınmağa yardım göstərən iki fiziki və üç hüquqi şəxsə, bir də gəmiyə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalara Tayvanın ("Chinese Taipei") Şimali Koreya gəmilərinə neft ötürən “Jui Cheng Shipping Company Limited”, “Jui Pang Shipping Co ltd”, “Jui Zong Ship management Co ltd” gəmiçilik şirkətləri, Panama bayrağı altındakı “Shang Yuan Bao” gəmisi, habelə əvvəllər cəmi 1,7 milyon litr neft məhsullarını Şimali Koreya bayrağı altındakı gəmilərə azı iki dəfə ötürən iki nəfər fiziki şəxs məruz qalıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər