20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Əhməd Şah Məsudun 30 yaşlı oğlu siyasi meydana atılır
Tarix: 03-09-2019 20:38 | Bölmə: Dünya
Əhməd Şah Məsudun 30 yaşlı oğlu siyasi meydana atılır

Mərhum səhra komandiri Əhməd Şah Məsudun oğlu atasına çox oxşayır. O, saqqal saxlasyır və başına “pakol” adlanan yun papaq qoyur.

Reyting.az
“Fararu” saytına istinadla xəbər verir ki, 7 ildir İngiltərədə olan və ingilis dilini mükəmməl bilən Əhməd Şah Məsudun yeganə övladı, 30 yaşlı Məsud atasının yolunu davam etdirmək istəyir.
O, Əfqanıstandakı qarışıq siyasətə girərək, atasının məqsədini davam etdirmək niyyətindədir: “Taliban” əleyhinə geniş bir koalisiya qurmaq və lazım gələrsə, “Taliban” milislərinə qarşı mübarizə aparmaq.

Əhməd Məsud öz siyasi hərəkatını sentyabrın 5-də Kabilin şimalında və Pəncşir bölgəsindəki doğma məmləkətində elan etməyi planlaşdırır. Bu bölgə heç vaxt nə Taliban, nə də sovetlər tərəfindən işğal edilib.

48 yaşlı Əhməd Şah Məsud 11 sentyabr 2011-ci il hücumlarından iki gün əvvəl, özlərini jurnalist kimi tanıdan “Əl-Qaidə” şəbəkəsinə bağlı 2 terrorçunun intihar hücumu nəticəsində öldürülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər