20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Müqtəda Sədr hökumətə meydan oxuyur
Tarix: 06-09-2019 12:00 | Bölmə: Dünya
Müqtəda Sədr hökumətə meydan oxuyur

İraqın Sədr Hərəkatının lideri bildirib ki, Adil Əbdülmehdi hökuməti heç bir konkret tədbir görmür və bu, ölkəni xaosa sürükləyir.

Reyting.az
“əl-Nəşra” veb-saytına istinadla xəbər verir ki, Müqtəda Sədr deyib: "Hökumət ciddi tədbirlər görməsə, mən onun dəyişməsini tələb edəcəyəm".

O, həmçinin İraqda baş verənləri hökumətin sona çatması və xaos vəziyyətinin yaranması kimi səciyyələndirib.

Bundan əvvəl iraqlı lider “Twitter”-də yazmışdı: "İraq baş naziri Adil Əbdülmehdiyə vacib məsələlərdə işində kömək edəcək bir qardaş tövsiyəsi ilə müraciət edirəm. Bunlar səlahiyyətlilərin qarşısında qaldırılacaq və xalqın yerinə yetirilməsini istədiyi tələblərdir... Xalq daha gözləyə bilmir. Korrupsiyaya qarşı mübarizədə heç bir irəliləyiş görmədik və bu səssizlik əslində, korrupsionerlərə işlərini davam etdirmək üçün lisenziyadır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər