09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Çörçilin doğulduğu saraydan 2 milyonluq qızıl unitaz oğurlanıb
Tarix: 14-09-2019 19:10 | Bölmə: Dünya
Çörçilin doğulduğu saraydan 2 milyonluq qızıl unitaz oğurlanıb

Böyük Britaniyada Uinston Çörçilin doğulduğu Blenhaym sarayından qiyməti bir milyon funt-sterlinq (2 milyon manat) olan qızıl unitaz oğurlanıb.

Bu barədə məlumatı yerli polis idarəsi yayıb.

Polisin məlumatına görə, oğurluqla bağlı şübhəli şəxs qismində 68 yaşlı bir kişi saxlanılıb.

Polis ehtimal edir ki, cinayətkar qrup oğurluğu törətmək üçün iki avtomobildən istifadə edib/Report.




Bölməyə aid digər xəbərlər