Təbrizdə etiraz aksiyaları zamanı 15 polis yaralanıb, saxlanılanlar var
Tarix: 20-11-2019 20:29 | Bölmə: Dünya
Təbrizdə etiraz aksiyaları zamanı 15 polis yaralanıb, saxlanılanlar var

Təbriz şəhərində benzinin bahalaşması ilə bağlı davam edən etiraz aksiyaları zamanı 15 nəfər polis əməkdaşı xəsarət alıb.

"İSNA” agentliyinin verdiyi xəbərə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Abidin Hurrem keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, etirazçılardan 30 nəfəri saxlanılıb.

SEPAH-ın komandiri qeyd edib ki, Təbrizdə etiraz aksiyaları zamanı dövlət əmlakına ziyan vurulub.

Xatırladaq ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər