FTX “Putinin arvadı”nı həbs edib
Tarix: 22-11-2019 18:43 | Bölmə: Dünya
FTX “Putinin arvadı”nı həbs edib

Rusiya prezidentinin arvadı olduğunu iddia edən gənc bir qadın həbs olunub.

Reyting.az
“MK”-ya istinadla xəbər verir ki, həbsi Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirib.

26 yaşlı Natalya adlı ukraynalı qadın Moskvada, Qırmızı Meydandan keçərkən Putinlə görüşməyə çalışıb və Rusiya prezidentinin xanımı olduğunu iddia edib.

Gənc qadının fəryadları ictimaiyyətin diqqətini çəkib.

Hadisədən sonra Rusiya Federal Təhlükəsizlik Xidməti qadını həbs edərək Moskva polisinə təhvil verib. Məlumata görə, qadın şizofreniya ehtimalı ilə ruhi xəstəxanaya aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər