23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Gürcüstan səfiri: "Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindəyik"
Tarix: 06-12-2019 15:42 | Bölmə: Dünya
Gürcüstan səfiri: "Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindəyik"

"Azərbaycan və Gürcüstanı bir-birinə regional və regionlararası əhəmiyyətli bir çox layihə bağlayır".

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Bakıda daşınmaz əmlak sferasında iri Gürcüstan şirkətinin nümayəndəliyinin açılması münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Bu layihələr əlaqələrimizi gücləndirir. Bir çox layihələrdə, o cümlədən "Əsrin müqaviləsi"ndə birlikdə işləyirik. Münasibətlərimizi möhkəmləndirmək niyyətindəyik. Həmçinin yüksək dinamika müşahidə olunan ticari-iqtisadi əlaqələri vurğulamaq istərdim. Bundan əlavə, hər iki ölkə sürətlə iqtisadiyyatın turizm sektorunu inkişaf etdirirlər. Bu sahədə də sıx əlaqələr qurur, münasibətlərimizi gücləndiririk. Məsələn, bu yay Bakı-Batumi aviareyslərinin açılmasını qeyd edə bilərəm. Bu, insanlarımız arasındakı əlaqələri möhkəmləndirməyə də imkan verəcək"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}