"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq" - Mövlud Çavuşoğlu
Tarix: 14-12-2019 19:22 | Bölmə: Dünya
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq" - Mövlud Çavuşoğlu

“Türkiyə ABŞ-a “Patriot” hava hücumundan müdafiə sistemlərini Ankaraya satmağı təklif edib və buna cavab gözləyir”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə xarici işlər nazirlərinin Doha forumunda bildirib. Onun sözlərinə görə, Türkiyə hələ də ABŞ-ın onun müttəfiqi olduğuna inanır: “İnanırıq ki, biz yenə də müttəfiq olaraq qalırıq. Heç kim Rusiya ilə “S-400”lərin alışı ilə bağlı imzalanmış müqaviləni ləğv edə bilməz. Rusiyanın təklifi daha sərfəli idi və biz bunu qəbul etdik. Hazırda isə ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik".

M. Çavuşoğlu qeyd edib ki, ABŞ “S-400”lərin alışına görə sanksiyalar qəbul edəcəyi təqdirdə Türkiyə ona cavab verməyə məcbur olacaq/APA.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}