İsveçin baş naziri: "Ukrayna təyyarəsinin vurulmasına görə İran məsuliyyət daşıyır"
Tarix: 11-01-2020 15:54 | Bölmə: Dünya
İsveçin baş naziri: "Ukrayna təyyarəsinin vurulmasına görə İran məsuliyyət daşıyır"

İran Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyət daşımalıdır.

Bu barədə İsveçin baş naziri Stefan Löfven bildirib.

“Təyyarənin vurulması dəhşətli və yolverilməzdir. Mülki təyyarənin isə vurulması qəti pislənilməlidir. İran buna görə, o cümlədən zərərçəkənlər qarşısında tam məsuliyyət daşımalıdır... İran təyyarənin vurulmasına məsuliyyəti üzərinə götürüb. Onlar bunun səhvən baş verdiyini iddia edir. Bu açıqlama baş verənlərin bütün təfərrüatını aşkarlamaq üçün hərtərəfli və şəffaf araşdırma aparmaq üçün əsas verir”, - hökumət başçısı vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər