Deputat Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib
Tarix: 21-01-2020 19:35 | Bölmə: Dünya
Deputat Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib

İranlı millət vəkili ABŞ prezidenti Donald Trampı öldürən 3 milyon dollar mükafat vəd edib.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, onun fikrincə, nüvə silahına sahib olacağı təqdirdə, İranı heç bir təhdid gözləmir.

290 yerlik parlamentdə "Kerman əyaləti xalqı adından Trampı öldürən şəxsə 3 milyon dollar pul mükafatı verəcəyik", – deyən millət vəkili Əhməd Həmzədir.

Deputat Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib

Paytaxtın cənubundakı əyalət şəhəri Kerman yanvarın 3-də Bağdadda Trampın əmri ilə öldürülən general Qasım Süleymaninin doğma şəhəridir.

Əhməd Həmzə deyib: "Bu gün nüvə silahımız olsaydı, biz təhdidlərdən qorunardıq... Qeyri-ənənəvi döyüş başlığı daşıya biləcək uzun mənzilli raketlərin istehsalını gündəmimizə qoymalıyıq. Bu, bizim təbii hüququmuzdur".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}