18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazir 16 milyona sayt yığdırmaq istədi, lakin proqramçılar pulsuz həll etdi
Tarix: 29-01-2020 18:04 | Bölmə: Dünya
Nazir 16 milyona sayt yığdırmaq istədi, lakin proqramçılar pulsuz həll etdi

Çexiyanın nəqliyyat naziri Vladimir Kremlik vəzifəsindən azad edilib.

Buna səbəb proqramçıların Çexiya Nəqliyyat Nazirliyinin 16 milyon avro xərcləmək istədiyi saytı pulsuz düzəltməsidir.

Qeyd edək ki, dövlət sifarişinə e-mağaza və IOS ilə “Andorid” sistemləri üçün proqramın düzəldilməsi daxil idi. Ancaq 16 milyon avroluq sifariş yerli proqramçıların etirazına səbəb olub. Hətta “Actum Digital” şirkətinin rəhbəri Tomaş Vondraçek dövlət sifarişini cəfəngiyyat adlandırıb və layihəni iki günə də düzəltməyin mümkün olduğunu bildirib. O, yerli proqramçıları birləşərək xakaton keçirməyə çağırıb və ona sosial şəbəkədə 300-dən artıq proqramçı dəstək verib. Onlardan 60 nəfəri T.Vondraçekin ofisinə gələrək bazar günü axşamadək bütün işləri bitiriblər.

Çexiyanın baş naziri Andrey Babiş xakatondan xəbər tutduqdan sonra proqramçıların yanına gedib və bütün baş verənlərdən sonra nəqliyyat nazirini vəzifəsindən azad edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər