Bu gün İranda parlament seçkiləri keçirilir
Tarix: 21-02-2020 10:00 | Bölmə: Dünya
Bu gün İranda parlament seçkiləri keçirilir

Bu gün yerli vaxtla saat 08:00-da İran İslam Respublikasında parlament seçkiləri üzrə səsvermə başlayıb.

290 deputat mandatı uğrunda 7 min namizəd mübarizə aparır.

Qeyd edək ki, seçki kampaniyası başlayanda 15 mindən çox insan namizədliyini irəli sürsə də, onların bir qismi namizədliyini geri götürüb. Digərlərinin qeydiyyatını Konstitusiyaya Nəzarət Şurası təsdiqləməyib.

İranda deputatların səlahiyyət müddəti 4 ildir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}