18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Britaniya XİN: "Suriyada yaşanan böhranda məsuliyyət rejim və Rusiyanın üzərindədir"
Tarix: 03-03-2020 16:25 | Bölmə: Dünya
Britaniya XİN: "Suriyada yaşanan böhranda məsuliyyət rejim və Rusiyanın üzərindədir"

Bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Dominik Raab ilə görüşüb.

“Anadolu” xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Böyük Britaniya naziri ölkəsinin Türkiyəni dəstəklədiyini açıqlayıb:

“NATO-nun üzvü olaraq biz də Türkiyənin İdlibdə yenidən atəşkəsi təmin etmək cəhdlərini dəstəkləyirik. Suriyada yaşanan humanitar böhranda məsuliyyət rejim və Rusiyanın üzərindədir. Suriya rejimi və Rusiyanın İdlibdəki amansız həmlələri yaxın keçmişdəki ən aqressiv hücumlardan biri olub. NATO olaraq Avropalı dostlarımızla həmrəy olmamız lazımdır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər