18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Gürcüstan hökuməti koronavirusa görə jurnalistlərə qadağa qoyub
Tarix: 18-03-2020 12:48 | Bölmə: Dünya
Gürcüstan hökuməti koronavirusa görə jurnalistlərə qadağa qoyub

Gürcüstanın hökumət Administrasiyası koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədi ilə jurnalistlərlə yeni iş rejiminə keçib.

Bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

O deyib ki, bundan sonra jurnalistlər administrasiya binasında təşkil olunan mətbuat konfranslara və brifinqlərə buraxılmayacaqlar.

İ.Çikovani qeyd edib ki, Gürcüstanın Birinci kanalı mətbuat konfransı və brifinqləri canlı yayımlayacaq.

Qeyd edək ki, qonşu ölkədə kornavirusa 38 yoluxma halı təsdiqlənib. Karantində 1 261, stasionar nəzarətdə isə 216 nəfər saxlanılır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər