18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyada Konstitusiyaya dəyişikliklər üzrə səsvermə tarixi təxirə salınıb
Tarix: 25-03-2020 17:57 | Bölmə: Dünya
Rusiyada Konstitusiyaya dəyişikliklər üzrə səsvermə tarixi təxirə salınıb

“Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə tarixi koronavirus səbəbi ilə təxirə salınmalıdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarına telemüraciətində deyib.

“Konstitusiyaya dəyişiklik edilməsi ilə əlaqədar ümumrusiya səsverməsinin yeni gündə keçirilməsi ilə bağlı qərar veriləcək”, - o, əlavə edib.

Qeyd edək ki, indiyə qədər Rusiyada 658 virusa yoluxma halı aşkarlanıb, 29 nəfər sağalıb, 122 min nəfər nəzarət altındadır.

Rusiya Prezidenti həmçinin gələn həftənin rusiyalılar üçün maaşlar qorunmaqla qeyri-iş zamanı olacağını açıqlayıb. Qeyri-iş günləri martın 28-dən başlayacaq və aprelin 5-də bitəcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər