18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İraqlı millət vəkili: “Türk qüvvələrinə hərbi cavab verməyə hazırıq”
Tarix: 17-04-2020 15:34 | Bölmə: Dünya
İraqlı millət vəkili: “Türk qüvvələrinə hərbi cavab verməyə hazırıq”

“İraq təhlükəsizlik qüvvələri istənilən təcavüzlə mübarizə aparmağa hazırdır”.

Reyting.az
“əl-Sumariyyə”-yə istinadla xəbər verir ki, bunu Türkiyənin İraqın şimalına son hücumuna toxunaraq, İraq parlamentindəki “Bədr” fraksiyasının üzvü Udəy əl-Şağlan bildirib.

Əl-Şağlan deyib: "Türk qüvvələrinin açıq-aşkar təxribatını və İraqın suverenliyinin kobud şəkildə pozmasını pisləyərək, biz, İraq xalqının nümayəndəsi olaraq, İraq hökumətini və Xarici İşlər Nazirliyini bütün qanuni tədbirləri görməyə çağırırıq".

Udəy əl-Şağlan bu vəziyyətin davam edəcəyi təqdirdə, İraqın fərqli cavab verəcəyini söyləyib. "Hər kəs bilməlidir ki, təhlükəsizlik qüvvələrimiz Türkiyənin İraqdakı mövqeyinə zərbə vurmağa tam hazırdır və hər hansı bir təcavüzə qarşı çıxma qabiliyyətinə malikdir".

Əl-Şağlan "İraqın suverenliyini pozanlara qarşı" etdiyi hərəkətlər barədə xarici işlər nazirini məlumatlandırmaq üçün parlament üzvlərinin imzaları ilə İraq Parlamentinin Xarici Əlaqələr Komitəsinə bir ərizə verməyə çalışacağını bildirib.

Xatırladaq ki, Çərşənbə günü Türkiyənin kəşfiyyat təyyarəsi İraqın hava məkanına daxil olaraq Mahmur şəhərindəki Ərbilin cənub-qərbində) PKK hədəflərinə zərbə endirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər