08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
Belçikada koronavirusa yoluxanların sayı Hindistandan iki dəfə çoxdur
Tarix: 22-04-2020 14:38 | Bölmə: Dünya
Belçikada koronavirusa yoluxanların sayı Hindistandan iki dəfə çoxdur

Belçikada daha 933 nəfərdə koronavirus infekiyası aşkarlanıb.

Bunu ölkənin Federal İctimai Səhiyyə Xidməti açıqlayıb.

Ölkədə virusa yoluxma hallarının sayı 41 889-a yüksəlib.

Bundan başqa, ötən sutkada krallıqda 266 nəfər koronavirusun qurbanı olub. Ümumilikdə ölənlərin sayı isə 6 262-yə çatıb.

Qeyd edək ki, Belçika əhalisinə görə koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Müqayisə üçün dünyanın ən sıx əhalisinə sahib Hindistanda yoluxma faktlarının sayı iki dəfə azdır – 20 178.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər