İtaliyada daha 420 nəfər koronavirusdan həyatı ilə vidalaşdı
Tarix: 24-04-2020 21:08 | Bölmə: Dünya
İtaliyada daha 420 nəfər koronavirusdan həyatı ilə vidalaşdı

İtaliyada son bir gün ərzində daha 420 nəfər koronavirusdan ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 969 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 3 021 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 192 994-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 60 498 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}