Göyərtəsində 107 sərnişin olan təyyarə qəzaya uğrayıb - Video
Tarix: 22-05-2020 14:19 | Bölmə: Dünya
Göyərtəsində 107 sərnişin olan təyyarə qəzaya uğrayıb

“Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus "Airbus 320" sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Al Arabiyya” xəbər verir ki, qəzaya uğrayan layner ölkənin Karaçi şəhərinin yaxınlığındakı yaşayış evlərinin üzərinə düşüb.

Məlumata görə, Lahor şəhərindən gələn təyyarənin göyərtəsində 95 nəfər olub. “Sky News”un məlumatına görə isə, göyərtədə 107 sərnişin olub. Ölənlərin sayı dəqiqləşdirilir. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.

*** 

Qəzaya uğrayan sərnişin təyyarəsində azı 107 nəfər olub. 

Bu barədə məlumat “Al Arabiya” yayıb. 

Məlumata görə, təyyarənin göyərtəsində azı 99 sərnişin və 8 ekipaj üzvü olub/Report.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}